The Aesthetic-Usability Effect

Qafqaz Tofiqli
4 min readOct 16, 2023

--

İlk təəssürat həmişə yadda qalır.

İlk dəfə bir məhsulu istifadə edərkən ən çox onun vizuallığına, dizaynına fikir veririk. Çox bəyəndiyimiz bir məhsulda hər hansı problemlə üzləşsək belə dizaynının zövqümüzə görə olduğu üçün göz ardı edə bilirik.

Estetik-İstifadəyə yararlılıq efekti

Estetik-istifadəyə yararlılıq efekti, məhsulun və ya interfeysin yaxşı göründüyü zaman istifadəçilərin məhsulun performansından asılı olmayaraq , onun daha yaxşı işlədiyinə inanmalarına dair qəbul olunan psixoloji hadisədir.

Bu effekt ilk dəfə 1995–1999-cu illərdə Masaaki Kurosu və Kaori Kashimura araşdırmalarının zamanı kəşf edilmişdir. Araşdırma zamanı iki araşdırmaçı bir ATM istifadəçi interfeysi üçün 26 fərqli versiyanı test edirdilər. 252 istifadəçi üzərində test edilən versiyaları istifadə asanlılığına görə dəyərləndirmələri istənilmişdir. Araştırma nəticəsində istifadəsi daha çətin olan ancaq interfeysi daha yaxşı olan versiyaların daha çox bəyənildiyi görülmüşdür. Araşdırma nəticəsində alimlər, sadəcə istifadə asanlığını yoxlamaları istənilməsinə baxmayaraq, istifadəçilərin hər hansı bir versiyanı dəyərləndirdiklərində məhsulun vizualından güclü şəkildə təsirlənirlər.

Bunun qarşısını istifadəçi araşdırması zamanı necə almaq olar ?

Məhsul hazırladığımız zaman ən son mərhələ olaraq, məhsulu istifadəyə vermədən əvvəl potensial istifadəçilərlə test edirik. Yuxarıda da qeyd etdiyimiz kimi bu təsirin fərqinə varmaq və qarşısını almaq üçün araşdırma zaman müəyyən punktlara diqqət yetirmək lazımdır.

  1. İstifadəçi test zamanı bir şey haqqında şərh bildirməyə özünü məcbur hiss edə bilər. Bu zaman daha çox istifadəçilər asana qaçaraq məshulun dizaynı haqqında şərhlər verə bilər. Bu zaman araşdırmaçı istifadəçiyə təsir etmədən iki yönlü suallarla istifadəçidən gözlədiyi cavabı ala bilər.
  2. İstifadəçi məhsul haqqında gördüyü problemlərdən daha çox, yaxşı geri dönüşlər etməyə daha çox meyillidir. Bu kimi geri dönüşlər daha çox sizin məhsulu yaradanlardan biri olduğuna inandıqları zaman baş verir. Araşdırma zamanı bitərəf olduğunuzu müştəriyə hiss etdirməyə çalışın.
  3. Müştərilərə vizualdan daha kənara çıxmağa, əsas olaraq məhsulun istifadəsi, əməliyyatları yerinə yetirmə bacarığına öncəlik göstərmələri üzərinə diqqət edə bilərsiziniz. Ancaq istifadəçini bir başa yönləndirməməyə diqqət edin. Siz yönləndirdiyiniz zaman sizi məmnun edəcək bir cavab vermə ehtimallarını süni olaraq çoxalda bilərsiniz.

Test üçün əməliyyat seçdikdə daha çətin görünən prosedurları verə bilərsiniz, ilk test zamanı uğurlu nəticə alınmadığı təqdirdə bir müddət sonra yenidən geri qayıdıb əməliyyatı təkrarlamaq problemin mənbəyini öyrənməkdə faydalı olacaq. Bəzən bu tip prosedurlar araşdırmaçıya kömək edə bilər amma hər zaman yox. Müştərini yormamağa və testdən bezməsinə səbəb olmamağa çalışın. İsitfadəçinizin vizualdan kənar hansı problemlərlə qarşılaşdığını təyin etdikdən sonra problemləri həll etməyə başlaya bilərsiniz.

İstifadəçi interfeysində vizual niyə önəmlidir ?

Estetik-istifadəyə yararlılıq təsirində öyrəndiyimiz bir digər nüans mükəmməl bir funksional, istifadəyə yararlı bir məhsul sadəcə bunlara sahib olaraq müştəri qazana bilməz və məhsulunuzu bəyəndirməyə kifayyət etmir. Funkisonallıqla vizuallığı balansda saxlamaq önəmlidir. Özəlliklə yeni qurulan şirkətlər və ya yeni bir bazara daxil olmaq istəyən şirkətlər üçün bu balans bir avantaja çevrilə bilər.

Bu balansı qorumaq üçün standartlaşmış bir sistem yoxdur. Ancaq uğurlu şirkətlərin, məhsulların ortaq istifadə etdiklərindən bir neçəsini sadalaya bilərik.

  1. Rəng sxemi — Məhsulunuzun və ya veb-saytınızn rəngləri çox önəmli rol oynayır. Rəngləri seçərkən bir-biri ilə daha çox uyuşan və brendinizi xatırladan rənglər istifadə etmək istifadəçilər daha yaxşı geri dönüş almağınıza kömək edəcək.
  2. Whitespace (boşluq) — Uğurlu dizayn nümunələrinə baxsaq hamısının ortaq nöqtələrindən birinin boşluqlardan istifadə olduğunu görə bilirik. Boşluqlar düzgün istifadə edildikdə istifadəçiyə məlumatı daha yadda qalan, daha şəffaf və vizual olaraq daha yaxşı çatdıracaqsınız. Buna misal olaraq Apple vebsitenı misal göstərə bilərik.
  3. Ardıcıllıq — Dizayn ardıcıllığı Estetik-istifadəyə yararlılıqda mühümdür. Ardıcıllıq istifadəçilərə daha az düşünməyə imkan verir. Çünki onlar addımları təxmin edə və nəticələri proqnozalşdıra bilirlər

Əvvəl və Sonra

Windows 2000 professional interface
Windows 2000 Professional Interface

Bu effektə əvvəl və sonra misalı olaraq Microsoft Windows əməliyyat sistemini göstərə bilərik. 2000-ci ilin əvvələrində Microsoft-un Windows əməlliyat sistemi vardı. Bu əməlliyat sistemi dağınıq və vizual olaraq daha az cəlbedici interfeysi ilə tanınırdı. Dizaynda ümumi olaraq vahidlik yox idi. İstifadəçilər tərəfindən şikayətlərin çoxalması şirkəti, məshulu yenidən gözdən keçirtməyə və vizualı daha yadda qalan ,eyni zamanda istifadəçi təcrübəsini inkşaf etdirməyə məcbur etdi.

Windows XP 2001 Interface

2001-ci ildə Windows XP-nin istifadəyə verilməsi ilə Microsoft önəmli bir dəyişiklik etdi. Yeni təqdim olunan məhsulun istifadəçi interfeysi dəyişmiş, daha təmiz və vizual olaraq daha cəlbedici olmuşdur. Şikət bununla istifadəçilərini məmun etməklə qalmayıb, yeni müştərilər qazanmağa başladı. Bu yenilikdən sonra şirkət məshullarında daha çox istifadəçi yönümlü yeniliklər gətirməyə davam etdi. Windows 7, 8,10 və 11 kimi sonraki versiyalarda vizualı və istifadəçi təcrübəsini təkmilləşdirməyə davam etdi.

Yekun olaraq Estetik-Yararlılıq efekti vizualın, məhsulların istifadəsinin üzərində böyük təsiri olduğunu bizə göstərir. Araşdırmaçılar bu efektin təsirinin vaxtında fərqinə vararaq, sadəcə vizualı ilə önə çıxan məhsullar deyil, həmçinin istifadəçilərin istifadəsini asanlaşdıran və davamlılığı olan məhsullar yarada bilərlər.

Referanslar

  1. Kurosu, M., & Kashimura, K. (1995). Apparent Usability vs. Inherent Usability.
  2. https://en.wikipedia.org/wiki/Aesthetic%E2%80%93usability_effect#:~:text=Usability%20and%20aesthetics%20are%20judged,their%20judgement%20of%20the%20application
  3. https://www.nngroup.com/articles/aesthetic-usability-effect/

--

--

Qafqaz Tofiqli
Qafqaz Tofiqli

Written by Qafqaz Tofiqli

UX/UI Designer | Crafting User-Centric Interfaces | Designing Delightful Experiences | Sharing Ideas & Insights 🌟

No responses yet